Ukraynada kişilər döyüşmək istəmir - Soskin

24 Aprel 2024 10:18

Ukrayna ordusuna qəbulla bağlı vəziyyət fəlakətlidir, kişilər hazırki hakimiyyət üçün döyüşmək istəmir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin deyib.

"Ukraynada çağırışçıları cəlb etmək ümumiyyətlə mümkün deyil. Məsələ budur. Kişilər döyüşə getmək istəmir, çünki özlərinə normal sual verirlər: Kimin üçün döyüşək?" - deyə Soskin bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun