Masallıda 64 yaşlı qadın yıxılaraq öldü

24 Aprel 2024 10:04

Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Xil kəndində qeydə alınıb.

Kənd sakini, 1960-cı il təvəllüdlü Nabat Babayeva evinin həyətində yıxılaraq xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq qadın orada ölüb.

Araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun