Bakıda yük avtomobili minik maşını ilə toqquşdu - FOTO

24 Aprel 2024 09:47

Bakının Xətai rayonunda yol qəzadı baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Nəcəfqulu Rəfiyev küçəsi ilə Babək prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, "KamAz" markalı yük maşının sürücüsü dairəyə daxil olarkən "Niva" markalı maşına çırpılıb.

Qəza nəticəsində "Niva"ya ciddi ziyan dəyib.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hər iki sürücünün izahatı alınıb.

Fakt araşdırlır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun