Zaxarova: NATO təlimləri təxribat xarakterlidir

24 Aprel 2024 09:34

Aprelin 26-da Finlandiyada Rusiya-Finlandiya sərhədinə yaxın ərazidə başlayacaq NATO təlimləri təxribat xarakterlidir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Rusiya sərhədləri yaxınlığında NATO hərbi təlimləri təxribat xarakterlidir. Onların məqsədi Rusiya Federasiyasına hərbi təzyiq göstərmək üçün güc nümayiş etdirməkdir", - XİN rəsmisi vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun