Argentina İranın nazirinin həbsini tələb edir

24 Aprel 2024 08:40

Argentina hakimiyyəti 1994-cü ildə Buenos-Ayresdə Yəhudi Mədəniyyət Mərkəzində törədilən terror aktında İranın daxili işlər naziri Əhməd Vahidinin məsuliyyət daşıdığını düşünərək onun həbsini tələb edir.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə respublikanın Xarici İşlər Nazirliyi xəbər yayıb.

"Argentina 1994-cü ildə AMİA-ya (yəhudi mədəniyyət mərkəzi - red.) 85 nəfərin ölümünə səbəb olan hücuma görə məsuliyyət daşıyanların beynəlxalq həbsini tələb edir, onlar isə tam cəzasız olaraq rəhbər vəzifələrini tutmaqda davam edirlər. Onlardan biri də axtarışda olan Əhməd Vahididir.

Qeyd edilir ki, Argentina ədliyyəsi tərəfindən AMİA-ya hücumun səbəbkarlarından biri kimi bu şəxs hazırda İran İslam Respublikasının daxili işlər naziridir və Pakistan və Şri-Lankada səfərdə olan hökumət nümayəndə heyətinin üzvüdür. Argentina Pakistan və Şri-Lanka hökumətlərindən onun İnterpolun təklif etdiyi mexanizmlərə uyğun olaraq həbsini xahiş edib.

Aprelin ortalarında Argentinanın Federal Cinayət Kassasiya Palatası 1994-cü ildə Buenos-Ayresdə Yəhudi Mədəniyyət Mərkəzində terror aktı ilə bağlı bir neçə işə baxdıqdan sonra hücumu İranın üzərinə atıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun