Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf açıqlandı

23 Aprel 2024 19:36

Türkiyə yayda PKK terror təşkilatına qarşı planlaşdırılan hərbi əməliyyatlar üçün İraqla sərhəddə Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemlərini yerləşdirə bilər.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə "Business Insider" məlumat yayıb .

Ankara belə bir addım atarsa, bu, Türkiyəyə tədarük edilən S-400 raket kompleksinin ilk dislokasiyası və ya istifadəsi olacaq.

Türkiyə və Rusiya arasında sözügedən raketlərlə bağlı anlaşma 2017-ci ildə imzalanıb. Müqavilənin dəyəri 2.5 milyard dollardır.

Anlaşma ABŞ-nin kəskin tənqidinə səbəb olub. Bundan sonra Türkiyə F-35 beşinci nəsil qırıcı proqramından uzaqlaşdırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun