Abid Şərifov və Kəmaləddin Heydərov helikopterlə Sarısu gölünə baxış keçiriblər

22 May 2010 22:26
APA-nın məlumatına görə, A. Şərifov jurnalistlərə açıqlamasında bildirib ki, hazırda su qalxaraq bəndlə bərabər səviyyəyə çatıb, bu səbəbdən də gölün ətrafındakı ərazilərdə təhlükəli vəziyyət yaranıb. O, göldə suyun daşmasının qarşısını almaq üçün əraziyə əlavə qüvvələr cəlb olunacağını deyib. Bu məqsədlə Fövqəladə Hallar Nazirliyinin və Daxili Qoşunların əlavə bölmələri fəlakət zonasına göndəriləcək.

/APA/