Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqov dünən özəl tibb müəssisəsindən TƏBİB-in tabeliyində fəaliyyət göstərən Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüb.
Milli.Az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, ona zəruri tibbi xidmət göstərilib.
"Xəstə ağciyərlərin xroniki obstruktiv xəstəliyinin kəskinləşmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti ağır stabil olaraq qiymətləndirilir", - deyə məlumatda qeyd edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun