Tokayev “soyqırımı” abidəsini ziyarətdən imtina etdi

23 Aprel 2024 16:49

Ermənistan XİN-i Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin İrəvana səfəri zamanı qondarma "erməni soyqırımı" qurbanlarının xatirəsinə ucaldılmış Tsitsernakaberd memorialını niyə ziyarət etməməsi ilə bağlı sualı şərh edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

"Bu, protokolun istəyə bağlı hissəsidir", - məlumatda deyilir.

Mediada qeyd olunur ki, əvvəllər "xatirə"ni ziyarət etmək bütün dövlət səfərləri üçün məcburi idi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun