Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi

23 Aprel 2024 16:32

2024-cü ilin I rübündə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün xərclənən vəsait açıqlanıb.

Maliyyə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bu, 2024-cü ilin 1-ci rübü üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatda bildirilib.

"2024-cü ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 3825,0 milyon manat vəsaitin hesabat dövrü ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş sifariş sənədləri əsasında 31,9 faizi və ya 1220,7 milyon manatı ayrılıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 58,6 milyon manat və ya 5% çoxdur", - rəsmi məlumatda qeyd olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun