Prezident: Çinlə əməkdaşlıq müxtəlif sahələrdə genişlənir

23 Aprel 2024 15:39

Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışı zamanı söyləyib.

"Hazırda əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir", - deyən dövlətimizin başçısı Çin Prezidenti Si Cinpinlə dəfələrlə görüşdüyünü və həmin görüşlərdən çox yaxşı təəssüratlarının olduğunu bildirib. Vurğulayıb ki, bu görüşlər münasibətlərimizə əlavə təkan verir.

Milli.Az