Ukrayna ordusu müharibə başlayandan yarım milyon hərbçisini itirib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.
"Xüsusi əməliyyat başlayandan Ukrayna Silahlı Qüvvələrinin ümumi itkiləri təxminən yarım milyon hərbçi təşkil edib", - deyə Şoyqu vurğulayıb.
Onun sözlərinə görə, bütün təmas xətti boyunca təşəbbüs Rusiya qoşunlarındadır və Ukrayna ordusu mövqelərindən sıxışdırılıb çıxarılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun