“Vətəndaş nikahına girməsinlər”

23 Aprel 2024 13:46

"Vətəndaş nikahı Azərbaycana Avropadan keçib. Araşdırmalara görə, Avropada vətəndaş nikahı azalır. Amma Azərbaycanda getdikcə artır".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

O bildirib ki, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. Deputat həmçinin vətəndaş nikahının insanlara yaratdığı çətinliklərdən də bəhs edib. 

Sədr Sahibə Qafarova isə qeyd edib ki, vətəndaş nikahı qanunsuzdur: "Kişi də, qadın da bunu bilir. Ona görə də vətəndaş nikahına girməsinlər".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun