Azərbaycan çempionatında ilk finalçı bəlli oldu

23 Aprel 2024 13:23

AMEA-nın Mərkəzi Elmi kitabxanasında keçirilən kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, yarımfinalın hər iki partiyasında Xəzər Babazadəni məğlub edən Aydın Süleymanlı adını finala yazdırıb.

Yarımfinalın ikinci günündə Məhəmməd Muradlı Vüqar Rəsulovu üstələməklə ilk partiyadakı məğlubiyyətin əvəzini çıxıb (1:1). Bu gün onlar arasında tay-brek oynanılacaq.

Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat əldə edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun