Yeni dövlət rüsumu müəyyənləşir

23 Aprel 2024 13:04

Yeni dövlət rüsumu müəyyənləşir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinə Tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışın verilməsi üçün 150 manat dövlət rüsumu alınacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun