Bakıda doğranmış uşaq meyiti tapılıb
22 May 2010 22:14
Bu gün axşam saatlarında Bakının Binəqədi rayonu ərazisində küçəyə atılmış uşaq meyiti tapılıb. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, yeni doğulmuş uşaq doğranmış vəziyyətdə sellofana bükülərək Biləcəri-Binəqədi yolu, I mədən, korpus 8 ünvanında işıq dirəyinin yanına atılıb. Cəsəd təqribən 19:30 radələrində ərazidə yaşayan sakinlər tərəfindən aşkar edilib və polisə məlumat verilib.
Binəqədi rayon Polis İdarəsindən verilən məlumatda hələlik hadisənin təfərrüatları ilə bağlı konkret məlumatların olmadığı bildirilib.
/ANS PRESS/