Çempionlar Liqasının finalı Tiflisdə keçirilə bilər

23 Aprel 2024 11:24

2028-ci ildə UEFA Çempionlar Liqasının finalı Gürcüstanda keçirilə bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib

O, sözügedən qarşılaşmanın təşkilatçılığı ilə bağlı müraciət etməyi planlaşdırdıqlarını bildirib:

"Tiflisdə futbol və reqbi yarışları üçün 70 min tamaşaçı tutumuna malik yeni stadion tikiləcək. Həmin arena müasir standartlara cavab verəcək".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun