Serenayla Mert ilk dəfə əl-ələ GÖRÜNTÜLƏNDİ - VİDEO

23 Aprel 2024 11:45

Uzun müddətdir eşq yaşadıqları iddia olunan aktrisa Serenay Sarıkaya və müğənni Mert Demir ilk dəfə əl-ələ görüntüləniblər.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlük gecə saatlarında məkanlardan birindən çıxarkən obyektivlərə tuş gəliblər. Şəxsi həyatını gizli saxlamağa çalışan Serenay tez-tez Mertin konsertlərinə onu dinləməyə getsə də, indiyə qədər onunla kamera qarşısına keçməyib.

Aktrisa bir müddət əvvəl ona ünvanlanan "Mert Demirlə münasibətiniz nə yerdədir" sualını da cavabsız qoyub.

Ötən gün görüntülənən Demir Sarıkayanın əlindən tutaraq maşınına oturub. Onlar jurnalistlərin suallarını cavabsız qoyaraq aktrisanın evinə gediblər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun