Bakıda 15 yaşlı gənc yol qəzasında xəsarət alıb

23 Aprel 2024 08:58

Bakının Qaradağ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, Müşviq qəsəbəsində avtomobil hərəkətdə olarkən idarəetməni itirərək beton maneəyə çırpılıb.

Hadisə zamanı avtomobildə olan sərnişin 2009-cu il təvəllüdlü Məmmədov Anar Valid oğlu yaralanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun