Keçmiş sevgilisindən belə intiqam aldı: evinə onlarla...

22 Aprel 2024 20:25

Türkiyənin İzmir şəhərində bir şəxs keçmiş sevgilisinin ev ünvanına nağd pulla çoxlu miqdarda yemək sifarişi verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bir müddət sonra evin qarşısında kuryer axını yaranıb. Kuryerlər xeyli gözlədikdən sonra qapını heç kimin açmadığını görərək, oradan uzaqlaşıblar.

Həmin anlar mobil telefon kamerası ilə lentə alınıb. Sosial şəbəkələrdə paylaşılan görüntülər marağa səbəb olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun