Uşaq məhbuslara işgəncə verən mühafizəçilər saxlanıldı

22 Aprel 2024 19:40

İtaliyanın Milan şəhərindəki cəzaçəkmə müəssisələrindən birində çalışan 13 mühafizəçi uşaq məhbuslarla pis rəftar etdikləri və onlara işgəncə verdikləri üçün saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Milan Baş Prokurorluğu açıqlama yayıb.

Qeyd edilib ki, aparılan istintaq çərçivəsində Milandakı Çezare Bekkariya Uşaq Həbsxanasının 13 mühafizəçi ifşa edilib.

Onların məhkum olunmuş uşaqlara qarşı pis rəftar və işgəncələr verdikləri barədə əsaslı sübutlar götürülüb.

Həmçinin qeyd olunub ki, onlar həbsxanadakı uşaqlara qarşı cinsi zorakılıq etməkdə şübhəli bilinirlər.

İstintaq çərçivəsində 8 nəfərin dövlət vəzifəsindən müvəqqəti kənarlaşdırıldığı bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun