Prezident: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq

22 Aprel 2024 18:07

Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib.

Azərbaycan dövlətinin başçısı vurğulayıb: "Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada - Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik".

Milli.Az