Hacı Şahinin "Youtube" kanalı geri qaytarıldı

22 Aprel 2024 16:53

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin hakerlər tərəfindən ələ keçirilən rəsmi Yutub hesabı geri qaytarılıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə ilahiyyatçının rəsmi Feysbuk səhifəsində məlumat verilib.

"Əziz dostlar, Hacı Şahin Həsənlinin rəsmi Yutub kanalı geri qaytarıldı və artıq yenidən xidmətinizdədir. Bu günlərdə bizə yardım edən və dəstək olan hər kəsə təşəkkür edirik".

Qeyd edək ki, bir müddət öncə mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin Yutub səhifəsi oğurlanmışdı.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun