Qubad İbadoğlu ev dustaqlığına buraxıldı

22 Aprel 2024 16:30

Qubad İbadoğlu ev dustaqlığına buraxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Nərimanov rayon məhkəməsinin qərarına əsassən Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Xatırladaq ki, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə yekun ittiham elan edilib.

Qubad İbadoğlu 9 ay əvvəl həbs edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun