Ərdoğan İraqa səfər edib

22 Aprel 2024 15:38

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13 ildən sonra İraqa rəsmi səfər edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat verib.

Qeyd edilib ki, R.T. Ərdoğanı Bağdad Beynəlxalq Hava Limanında Baş nazir Məhəmməd Şia əl-Sudani və digər rəsmi şəxslər rəsmi mərasimlə qarşılayıb.

Türkiyə Prezidenti Bağdad və Ərbildə yüksək səviyyəli rəsmilərlə görüşəcək. Səfər zamanı təhlükəsizlik, ticarət əlaqələri və su məsələləri müzakirə olunacaq. Ərdoğan və Sudani birgə mətbuat konfransı keçirəcək və iki ölkə arasında müqavilələr imzalanacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun