"Gaddar" və daha 3 serial final edir

23 Aprel 2024 08:22

Türkiyədə yayımlanan bir çox serialın final edəcəyi məlumatı yayılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Gaddar", "Yabani", "Şahane hayatım" və "Kirli sepeti" hər hansı dəyişiklik olmazsa, bu mövsüm final edəcək.

"NOW"da yayımlanan "Kızıl goncalar" və "Hudutsuz sevda" serialları isə növbəti mövsüm də ekrana gələcək.

Qeyd edək ki, "Gaddar"ın baş rolunu Çağatay Ulusoy, "Şahane hayatım"ın Hilal Altınbileklə Onur Tuna, Yabani"nin Simay Barlasla Halit Özgür Sarı, "Kirli səbəti"nin isə Serkay Tütüncü ilə Ayça Bingöl canlandırır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun