Stullara paltar asmayın – İnanclara görə...

22 Aprel 2024 15:00

Bir çox evdə paltarları qapılara, stullara asırlar. Ancaq bildirilir ki, bu, doğru hərəkət deyil.

Milli.Az moderator.az-a istinadən inanca görə, stul və qapılardan paltar asmaq ailədə mübahisə və münaqişələrə, eləcə də yaxınlarından uzun müddət ayrılıqlara səbəb ola bilər.

Paltarları stullara və qapılara asmaq vərdişinin ailəni yoxsulluğa məhkum edə biləcəyinə də inanılır. Bununla yanaşı, mənzilin səliqəliliyi üçün də geyimləri stulların başına qoymaq məsləhət deyil.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun