Bakıda itkin düşən naftalanlı gənc tapıldı - YENİLƏNİB - FOTO

22 Aprel 2024 13:24

13:24

Bakıya işləməyə gəlib itkin düşən, 2006-cı il təvəllüdlü Pərviz Ələkbərov tapılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki,Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəxsin Bakı şəhərində olduğu müəyyən edilib.

--------

10:16


Naftalanda 18 yaşlı gənc itkin düşüb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Naftalan şəhər sakini, 2006-cı il təvəllüdlü Pərviz Ələkbərov 4 ay əvvəl Bakı şəhərinə işləmək üçün gedib və son 10 gün ərzində ailəsi ondan heç bir xəbər ala bilməyib.

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" xidmətinə, həmçinin Naftalan Şəhər Polis Şöbəsinin (022)352-31-15 şəhər və 050-664-94-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun