Dubay aeroportu fəaliyyətini tam bərpa etdi

22 Aprel 2024 05:35

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) baş verən intensiv leysana görə işini dayandırmış Dubay aeroportu fəaliyyətini tam bərpa edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, hava limanının hər 3 terminalı sərnişinlərə adi rejimdə xidmət göstərir. Bütün beynəlxalq reyslər vaxtında qəbul edilib yola salınır. Yük terminalı da normal iş rejiminə qayıdıb.

Bununla belə, daşqınlar vaxtı itmiş çantaların sahiblərinə qaytarılması prosesi hələ başa çatmayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun