“Qəfil yoxluğun taleyimin daha bir acı qisməti oldu”

21 Aprel 2024 23:10

Xalq artisti Flora Kərimova ötən gün dünyasını dəyişən Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib. 

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, müğənni qohumu olan sənətçi haqda bunları yazıb:

"Arzular tükənmir, bitmir. Ümidlə gözlədiyimiz arzuların içində yaşanılan həyat, acılı-şirinli qismətlərimizdir. Qəfil yoxluğun taleyimin daha bir arzulanmayan, acı qisməti oldu. Allah rəhmət eyləsin, Cavanşir! Rahat uyu".

Qeyd edək ki, C.Məmmədov 70 yaşında ürəktutmasından vəfat edib. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun