NATO Belarusla Rusiya arasında təlim keçir – Xəritə

21 Aprel 2024 20:55

Litva və Polşa hərbçiləri Suvalski dəhlizi bölgəsində NATO müttəfiqlərinin iştirakı ilə hərbi təlimlər keçirir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Litva ordusunun komandanlığı məlumat yayıb.

Təlimlərdə motoatıcı briqadanın və müttəfiq bölmələrinin 1500 əsgəri, həmçinin 200-ə yaxın hərbi texnika iştirak edir. Aprelin 26-dək davam edəcək təlimlərə ABŞ və Portuqaliya hərbçiləri də qatılıb.

Suvalski dəhlizi Rusiyanın Kalininqrad vilayəti və Belarusun Qrodno vilayəti ilə həmsərhəd olan Litva və Polşa arasında sərhədin 64 km-lik hissəsidir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun