İsrail “HƏMAS”a qarşı hərbi və siyasi təzyiqləri artırmaq niyyətindədir

21 Aprel 2024 19:35

İsrail yaxın günlərdə Fələstinin radikal "HƏMAS" hərəkatına qarşı hərbi və siyasi təzyiqləri artırmaq niyyətindədir.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

"Yaxın günlərdə biz HƏMAS-a hərbi və siyasi təzyiqləri artıracağıq, çünki bu, girovlarımızı azad etmək və qələbəmizə nail olmaq üçün yeganə yoldur", - o deyib.

Eyni zamanda Netanyahu İsrailin yaxın gələcəkdə Həmas-a əlavə və ağrılı zərbələr endirəcəyini vəd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun