Almaniya 5 milyard avrodan çox silah ixracını təsdiqləyir

21 Aprel 2024 19:30

Bu ilin birinci rübündə Almaniya hakimiyyəti 5,2 milyard avro dəyərində silah ixracına icazə verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniya İqtisadiyyat Nazirliyi yayıb.

Bu məlumatlara görə, Almaniyanın silah ixracı 2023-cü ilin birinci rübü ilə müqayisədə iki dəfədən çox artaraq 2,4 milyard avro təşkil edib.

Qeyd olunur ki, Almaniyanın 2024-cü ilin birinci rübündə 3,8 milyard avroluq ixracatının 74%-i Ukraynaya gedir. 2023-cü ildə Almaniya 12,2 milyard avro dəyərində silah ixracına icazə verib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun