Zeynep Bastık əməliyyat olunacaq - FOTO

21 Aprel 2024 18:20

Türk müğənni Zeynep Bastık bu dəfə səhhətindəki problemlə gündəmə gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi bu haqda instaqram hesabında paylaşım edib.

Nəfəs almaqda çətinlik çəkdiyini deyən Bastık əməliyyat olunacağını açıqlayıb:

"Qulaq-burun-boğaz müayinəsinə getdim. Məlum oldu ki, əməliyyata ehtiyacım var imiş. Burun əməliyyatı etdirəcəm amma formasında dəyişiklik olmayacaq. Deyirlər ki, proses az vaxt aparacaq. Yata bilmirəm, nəfəs ala bilmirəm. Nəfəs ala bilməmək dəhşətli bir şeydir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun