Türkiyədə zəlzələ oldu

21 Aprel 2024 17:09

Türkiyənin Tokat vilayətində 4.1 maqnitudalı zəlzələ baş verib.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Məlumatda bildirilir ki, zəlzələ 12,38 kilometr dərinliyində baş verib.

Zəlzələ nəticəsində dağıntıların olmadığı bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun