Şəkidə qəza - xəsarət alan var

21 Aprel 2024 15:20

Şəki rayonunda minik avtomobilləri toqquşub, xəsarət alan var.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Sarıca kəndi ərazisində baş verib. Hərəkətdə olan iki minik avtomobilinin toqquşması zamanı bir nəfər sərnişin, 1968-ci il təvəllüdlü İpək Camal qızı Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İ. Həsənovaya Oğuz Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi ilkin tibbi yardım göstərildikdən sonra müayinə edilmək üçün Qəbələ RMX-a göndərilib.

Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun