Əkbər Əliyev vəfat etdi - FOTO

21 Aprel 2024 12:45

Azərbaycanın tanınmış riyaziyyatçı alimi, professor Əkbər Əliyev vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə mərhumun yaxınları Metbuat.az-a məlumat verib. AMEA Riyaziyyat ve Mexanika Institutunun "Diferensial tənliklər" şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Əkbər Bayram oğlu Əliyev uzun sürən xəstəlikdən sonra aprelin 21-də dünyasını dəyişib.

Ailə üzvlərinin verdiyi məlumata görə, alim uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

Mərhum alimlə vida mərasimi bu gün saat 14:00-dək Məhəmməd Hadi küç., 63a ünvanında keçiriləcək. Vida mərasimindən sonra mərhum Dədə Qorqud qəbiristanlığında dəfn olunacaq.

Allah rəhmət eləsin.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun