Yaponiyanın iki helikopteri okeana düşdü

21 Aprel 2024 00:20

Yaponiya Hərbi Dəniz Qüvvələrinə məxsus 8 nəfəri daşıyan iki helikopter gecə təlim uçuşu zamanı Sakit Okeana düşüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, model SH-60K olan hər iki helikopterlərlə əlaqə kəsilib.

Qəzanın səbəbi hələ müəyyən edilməyib. Bölgədə axtarış-xilasetmə işləri davam edir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun