Ərdoğanın İraq səfəri: 12 ildən sonra nələr dəyişəcək?

20 Aprel 2024 14:31

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 12 ildən sonra İraqa gedir. Bununla da iki ölkə arasındakı münasibətlərin fərqli səviyyəyə daşınacağı gözlənilir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Ərdoğanın İraqa səfəri zamanı müzakirə olunan əsas mövzular Yaxın Şərqdəki qaynar gündəm və terrorla mübarizə kimi çox mühüm məsələlərdir.

Aprelin 22-nə planlaşdırılan səfər 12 ildən sonra ilk dəfə həyata keçiriləcək. Çünki prezident Ərdoğan sonuncu dəfə baş nazir olduğu dövrdə İraqa gedib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun