Almaniyanın məşhur nəşri "Qarabağ"dan yazdı

20 Aprel 2024 14:09

"Qarabağ"ın Misli Premyer Liqasında erkən çempion olması Almaniya mətbuatının diqqətini çəkib. 

Milli.Az offsideplus.az-a istinadən bildirir ki, "Kicker" Avropadakı milli çempionatlarda vaxtından əvvəl qalib olan komandalar haqda məqalə hazırlayarkən Ağdam təmsilçisini unutmayıb:

"29 tura 79 xal "Bayer 04"ün tarixində ilk dəfə çempion olması üçün kifayət etdi. Amma bu mövsüm vaxtından əvvəl çempionluğu əldə edən təkcə Leverkuzen təmsilçisi deyil.

"Slovan" (Bratislava) artıq Slovakiyada tacı qazanıb, özü də çempionatın başa çatmasına beş tur qalmış.

Uelsin rekordunu qıran "Nyu-Seynts" milli çempionluğu yenidən qazandı və keçənilki titulunu təsirli şəkildə qoruyaraq yenidən üstünlük təşkil etdi. 

Nəhayət, "Qarabağ" 11-ci dəfə Azərbaycan çempionu oldu. Qafqaz ölkəsində liqanın başa çatmasına hələ altı tur qalıb. Lakin "Qarabağ"ın ikinci pillədə qərarlaşan "Neftçi" üzərində 25 xallıq üstünlüyü var".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun