Türkiyədə avtobus aşdı, 19 nəfər yaralanıb

20 Aprel 2024 11:12

Türkiyənin Antalya şəhərində otel işçilərini daşıyan avtobus aşıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Serik rayonunda qeydə alınıb.

Qəza nəticəsində 19 nəfər yaralanıb.

Hadisə yerinə polis işçiləri və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun