Günün qoroskopu

24 May 2010 07:00
Göylərin mənzərəsi

24 may, bazar ertəsi XI  Ay günü. Günəş - Əkizlərdə, Ay - Tərəzidə, Merkuri - Buğada, Venera - Xərçəngdə, Mars - Şirdə, Yupiter - Balıqlarda, Saturn - Qızda, Uran - Balıqlarda, Neptun - Dolçada, Pluton - Oğlaqda.

Münəccim öncəgörümləri

Qoç - Fəaliyyətinizdə yaxşılığa doğru inkişaf gedir. İşləriniz alınır.  Maliyyə durumunuz hələ ki, yaxşı olmasa da, tezliklə gördüyünüz işin müqabilində mükafatlanacaqsınız.

Buğa -  Problemləriniz çoxdur. İşlərinizin çətin getməsi əsəbilik ovqatı yaradır. İnsanlarla ünsiyyətdə kəskin olmayın. Maddi durumunuzu yaxşılaşdırmaq şansınız var.

Əkizlər - İşləriniz alınacaq. Biznes planlarını həyata keçirmək üçün yaranmış uğurlu məqamlardan istifadə edin. Düzdür, maddi şəraitinizi yaxşılaşdırmaq hələ mümkün deyil, ancaq çox tezliklə vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

Xərçəng -  İşləriniz alınmır. Tez-tez dəyişən vəziyyət  xeyrinizə inkişaf etmir. İnsanlarla münasibətdə diqqətli olmalısınız.

Şir - Gücünüz yavaş-yavaş özünüzə qayıdır. Daxili səbatınız, müqavimətiniz çoxalır. Maddi vəziyyətiniz hələ də problemlidir.  

Qız - İşləriniz alınmır. Hər tərəfdən ciddi problemlərlə üzləşirsiniz. Buraxdığınız səhvlərin ağrısını çəkməklə bərabər hələ də öz qüsurlarınızı təyin edə bilmirsiniz.

Tərəzi - Romantik əhval-ruhiyəniz yüksək olacaq. Özünüzü güclü hiss edəcəksiniz. Ən çətin problemlərinizin həllini bu günə təyin etsəniz, uğurlarınız çoxalacaq.

Əqrəb -  Səhhətinizə qarşı diqqətli olun. İşləriniz alınmır, münasibətlərinizdə üzüyola olun. Mübahisələrə girişməyin.

Oxatan - Özünüzü güclü və problemsiz hiss edəcəksiniz. Maddi vəziyyətinizdən başqa hər bir məsələni vaxtında həll edib qurtara biləcəksiniz.

Oğlaq - Sizin üçün çətin keçən günlərdən biridir. İmkan daxilində heç kəslə mübahisə etməyin. Uğurlarınızı çoxaltmaq istəyirsinizsə ancaq biznes planlarını həyata keçirmək yönündə  fəaliyyət göstərin.

Dolça - İşləriniz yaxşı gedəcək. Ciddi problemləriniz qalmayacaq. Sevgi münasibətlərində ciddi anlaşılmazlıq mümkündür. Maliyyə vəziyyətiniz problemli olaraq qalmaqdadır.
 
Balıqlar -  İşləriniz ləng gedir. Səhhətinizlə bağlı problem meydana çıxa bilər. Gücünüzü maliyyə imkanlarını artırmağa yönəldin.

Milli.Az