İki maşın toqquşdu - Biri yandı

20 Aprel 2024 10:22

Ağcabədi şəhərində "VAZ" və "Mercedes" markalı iki minik avtomobili toqquşub.

Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nəticədə, "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun