Rusiya əhalisi azalır

20 Aprel 2024 09:52

2024-cü ilin fevral ayında Rusiyada əhalinin sayında azalma qeydə alınıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, statistikaya əsasən, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub.

Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6%), Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%) qeydə alınıb.

Ölkə üzrə təbii azalma 51 469 nəfər təşkil edib.

Həmçinin Rosstatın məlumatına görə, fevralda 47 min nikah qeydə alınıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun