80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO

19 Aprel 2024 20:50

Türkiyədə nəvə nənəsini vəhşicəsinə öldürüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Konya şəhərinin Selcuklu qəsəbəsində baş verib. 31 yaşlı Talha Çorum yaşadıqları evdə 80 yaşlı nənəsi Sahura Dudu Bahçecinin başını divara çırpıb. Həmçinin xalası Hasibe Erdemiri yumruqlayaraq, xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilən Sahura Dudu Bahçeci həkimlərin müdaxiləsinə rəğmən ölüb.

Polis əməkdaşları tərəfindən Talha Çorum saxlanılıb. Məlum olub ki, o, Almaniyadan 3 ay əvvəl gəlib. Orada psixiatrik müalicə alıb.

Hazırda araşdırmalar davam edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun