Günün qoroskopu

23 May 2010 07:00
Göylərin mənzərəsi

23 may, bazar X  Ay günü. Günəş - Əkizlərdə, Ay - Tərəzidə, Merkuri - Buğada, Venera - Xərçəngdə, Mars - Şirdə, Yupiter - Balıqlarda, Saturn - Qızda, Uran - Balıqlarda, Neptun - Dolçada, Pluton - Oğlaqda.

Münəccim öncəgörümləri

Qoç - Özünüzü güclü hiss edəcəksiniz. Nəzərdə tutduğunuz bütün işlərin öhdəsindən gələcəksiniz. Maddi vəziyyətiniz problemli olaraq qalmaqdadır.  

Buğa -  Səhhətinizə fikir verin, qanunun müddəalarına riaəyət edin. Maddi vəziyyətinizi yaxşılaşdırmaq şanslarınız var.

Əkizlər - Gücünüz çoxdur. Bütün işlərinizi vaxtında görüb qurtara biləcəksiniz. Mübahisələrə qoşulmayın, qanunları pozmayın.

Xərçəng - Problemli gündür. Maddi imkanlarınızın artması üçün şanslarınız var. Səhhətinizə  qarşı diqqətli olmalısınız.

Şir - Maddi imkansızlıq sizi bir sıra tədbirlərdən kənarda qoyur. Bununla belə özünüzü güclü hiss edəcəksiniz.

Qız - Problemləriniz çoxdur. Qanunun tələblərini pozmayın ki, başınız cəfaya düşməsin. Səhhətinizə qarşı diqqətli olun. Buraxdığınız səhvləri bir daha təkrar etməyin.

Tərəzi - Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Özünüzü güclü hiss edəcəksiniz. İşləriniz yaxşı alınacaq.

Əqrəb - Səhhətinizə qarşı diqqətli olun. Qanunları pozmayın. Sizi əsəbləşdirə biləcək məqamlar yaranacaq, soyuqqanlı görünün.

Oxatan - İşləriniz alınacaq, üzünüz güləcək, özünüzü güclü hiss edəcəksiniz. Maddi vəziyyətiniz hələ də problemli olaraq qalmaqdadır.

Oğlaq - İşləriniz çətinliklə gedir, yarımçıq qoyduğunuz işləri bitirməlisiniz. Səhhətinizə qarşı diqqətli olmalısınız.

Dolça - İşləriniz yaxşı gedəcək. Özünüzü güclü və gümrah hiss edəcəksiniz. Maddi vəziyyətinizin problemli olması bir sıra məsələlərdə maneəyə çevriləcək.

Balıqlar - Səhhətinizə qarşı diqqətli olun. Fəaliyyətinizdə problemlərlə üzləşmək ehtimalı güclüdür. Ancaq maliyyə problemlərinə yönələn işlərdə uğur qazana biləcəksiniz.

Milli.Az