İspaniya təmsilçisi "Real"ın türkiyəli futbolçusu Arda Gülər icarə əsasında başqa kluba keçə bilər.
Milli.Az report-a istinadən xəbər verir ki, "Kral klubu"nun baş məşqçisi Karlo Ançelotti 19 yaşlı yarımmüdafiəçiyə əsas heyətdə oynaya biləcəyi komandaya keçməyi məsləhət görüb.
Arda Gülər 2023-cü ilin yayında Madrid təmsilçisinə transfer olunub.
Qeyd edək ki, Türkiyə millisinin üzvü cari mövsüm "Real"ın heyətində 7 oyuna çıxıb və 1 qol vurub. Onun klubla müqavilə müddəti 2029-cu ilin iyununa kimi nəzərdə tutulub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun