Parisdə naməlum şəxs İran konsulluğunu partladacağı ilə hədələyib

19 Aprel 2024 17:10

Parisdə kamikadze kəməri geyinmiş naməlum kişi İran konsulluğuna daxil olaraq binanı partladacağı ilə hədələyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə xarici KİV polisdəki mənbələrə istinadən məlumat yayıb.

"Hazırda kişi Parisin 16-cı rayonunda yerləşən İran konsulluğunun binasında gizlənib. Partladıcı quraşdırılmış kəmər geyinən kişi onu işə salacağı ilə hədələyib", - məlumatda deyilir.

Qeyd olunub ki, polis təhlükəsizlik tədbiri olaraq ərazini mühasirəyə alıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun