"Çelsi" və "Mançester Siti" rusiyalı futbolçu ilə maraqlanır

19 Aprel 2024 16:04

Rusiyanın "Lokomotiv" klubunun futbolçusu Sergey Pinyayev karyerasını İngiltərədə davam etdirə bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, "Mançester Siti" və "Çelsi" 19 yaşlı vingeri yaxından izləyir.

Rusiyalı cinah oyunçusu ilə "Liverpul", "Mançester Yunayted" və "Nyukasl" da maraqlanır.

İngiltərə təmsilçilərindən başqa, Pinyayevi Almaniyanın "Borussiya" (Dortmund) və İspaniyanın "Vilyarreal" klubları da heyətində görmək istəyir.

Qeyd edək ki, Sergey Pinyayev 2022-ci ildən Moskva təmsilçisinin formasını geyinir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun