Bakıda evdə PARTLAYIŞ: ölən var

19 Aprel 2024 13:43

Bakıda evdə partlayış olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. Burada evlərdən birində qaz sızması nəticəsində partlayış olub. Daha sonra evdə yanğın başlayıb.

Nəticədə ev sahibi 60 yaşlı Əliyev İlqar Ağamusa oğlu yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun